“Qalatasaray” bir ilkə imza atacaq
18.04.2013 - 05:52
“Qalatasaray” bir ilkə imza atacaq
“Qalatasaray” Türkiyə Superliqasının XXX turu çərçivəsində doğma publika önündə “Elazığspor”u məğlub edəcəyi təqdirdə, bu mövsüm bir ilkə imza atacaq. Apasport.az saytının məlumatına görə, “Cim-Bom” bununla ard-arda 5-ci qələbəsini qazanmış olacaq.

Ölkə çempionatında son 4 oyundur 3 xala sevinən “aslanlar” 2012-13 mövsümündə bu seriyanı qorumağa çalışacaq. Bununla da “Qalatasaray” “Antalyaspor” və Fənərbaxça”ya çatmış olacaq.

Qeyd edək ki, “Qalatasaray” 4 turda rəqib qapılarından 9 top keçirib. Bu oyunlarda istanbullular yalnız qapısından 2 qol buraxıb.