“Mən və bütün komanda məyus olduq”
18.04.2013 - 06:40
“Mən və bütün komanda məyus olduq”
PSJ-nin baş məşqçisi Karlo Ançelotti Fransa kubokunun 1/4 final mərhələsində “Evian”a penaltilər seriyasında məğlubiyyətə şərh verib. Apasport.az saytının məlumatına görə, italiyalı çalışdırıcı mövsümün ən pis matçını oynadıqlarını bildirib.

O, futbolçularının zəif çıxış etdiyini ifadə edib: “Bu uğursuzluq çox sadədir. Mövsümdə ən pis oyunumuzu oynadıq. Mən və bütün komanda məyus olduq. İşə belə münasibətlə yanaşmamalıydıq. Matçı uduzmaq olar, amma bu gün bizdə xarakter yox idi. Oyunçular özünü çox zəif aparırdılar. Həddən artıq qeyri-dəqiq ötürmələr edirdilər və çox top itirirdilər. Bir neçə təkbətək mübarizələri əldən veririk. Necə ki, “Barselona” qarşısında aciz olduğumuz kimi”.