“Xəzər Lənkəran”ın legioneri cəzalandı
18.04.2013 - 08:47
Azərbaycan kubokunun ilk yarımfinal oyunları 1 futbolçunu cəzalı vəziyyətə salıb. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran”ın xorvatiyalı legioneri Marin Orsuliç “Bakı” ilə aprelin 24-də evdə keçiriləcək cavab oyununda meydana çıxa bilməyəcək.
Buna səbəb yarımmüdafiəçinin turnirdə 2-ci sarı vərəqəni almağıdır. Nəticədə qış fasiləsində transfer olunan futbolçu cəzalı durumdadır. Marin bundan öncəki mərhələdə “Rəvan”a evdə 4:1 hesabı ilə qalib gəldikləri cavab oyununda da sarı vərəqə almışdı.
Əvəzində lənkəranlıların digər yarımmüdafiəçisi sıraya dönür. Belə ki, Elnur Abdullayev 3 oyunluq cəzasını başa vuraraq cavab matçında meydana çıxa biləcək. “Turan”la 1/8 final oyununda komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alan Elnur “Bakı”ya 0:1 hesabı ilə uduzduqları ilk oyunla yanaşı, “Rəvan”la hər 2 matçı buraxmalı oldu.

0
0