Rəşad Sadiqov: Bu statistikanı çox şişirdirlər - MÜSAHİBƏ
18.04.2013 - 09:18
“Neftçi” klubunun yarımmüdafiəçisi Rəşad Sadiqov ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Qarabağ” üzərində qazanılan 2:1 hesablı qələbədən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb
- Qarşılaşmanın başlanğıcı komandanız üçün yaxşı olmadı. Hesabda geri düşdüyünüz zaman içinizdə uduzmaq qorxusu yaranmışdımı?
- Xeyr, qələbəyə inamımız böyük idi. Hesabda geri düşsək də, tezliklə qol vuracağımıza əmin idik. İmkanlarımız olurdu, amma top tora daxil olmurdu.
- Həqiqətən də komandanızda “Qarabağ” sindromu var idi?
- Hansısa sindromdan danışmaq olmaz. Məşqçilər də deyirdilər ki, futbolda udmaq da var, uduzmaq da. Əsas olan inamdır.
- “Qarabağ”la cari çempionatda keçirdiyiniz əvvəlki 3 oyunda uduzmuşdunuz. Bu gün nə dəyişdi ki, qələbəni “Neftçi” qazandı?
- Bu statistikanı çox şişirdirlər. Udublar-udublar, başqa heç nə olmayıb ki... Ötən mövsümdə də fərqli mənzərənin şahidi idik. Onda da “Qarabağ” “Neftçi”ni uda bilmədi. Hər şey qismətdir.
- Hesab finala yüksəlmək üçün yetərlidirmi?
- Cavab oyunundan çox şey asılıdır. Ola bilsin, yetərli olsun. Cavab oyununda da qələbə üçün mübarizə aparacağıq.
- Çempionatdakı şanslarınızla bağlı nə deyə bilərsiniz? “Qarabağ” sizə yaxınlaşıb...
- Yaxınlaşıblar, ancaq biz hələ 3 xal öndəyik. Sakitləşmək olmaz. Mübarizə aparmaq, çempionluğu vaxtından əvvəl təmin etməliyik.
- Qarşıdan “Qəbələ” ilə oyun gəlir. Rəqibin demək olar heç bir iddiası qalmayıb. Bunun “Neftçi” üçün üstünlük saymaq olarmı?
- Bu cür komandalara qarşı oynamaq həqiqətən çətindir. Çünki onlar meydanda rahat olacaqlar. Üzərlərində təzyiq hiss etməyəcəklər. Bizə isə xal lazımdır. Köklənməyimizdə problem yarana bilər. Ancaq istənilən halda, doğma meydanda oynayacağıq. Qələbə qazanmaqdan başqa yolumuz yoxdur.
- Baş məşqçiniz Böyükağa Hacıyev cəzalı olduğu üçün “texniki zona”da yer almır. Bu amil komandanın oyununa necə təsir edir?
- Təsir edir, amma bu təsir qüvvəsi elə də böyük deyil. Çünki məşq prosesində iştirak edir, oyundan əvvəl komandaya taktiki-texniki tapşırıqlarını verir. Yəni, oyuna qədər bütün işləri görür, qarşılaşma zamanı isə onun dediklərini məşqçilər bizə çatdırırlar.

0
0