“Xəzər Lənkəran”ın 50 aylıq seriyası qırıldı
18.04.2013 - 09:51
Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Bakı” ilə ilk görüşündə 0:1 hesabı ilə uduzan “Xəzər Lənkəran” klubunun qol seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi son 4 il 2 aya yaxın müddətdə kubok matçlarını qolsuz tərk etmirdi.
Təxminən 50 aylıq seriya zamanı 20 kubok matçına çıxan “ağ-yaşıllar” hər dəfə rəqib qapısına ən azı 1 top vururdu. 2009-cu il fevralın 25-də 1/4 finalın “Bakı” ilə Lənkərandakı ev oyununda 0:1 hesabı ilə uduzan “Xəzər Lənkəran” bir də 1512 gün sonra meydanı qolsuz tərk etdi.
Yenə də “Bakı” ilə, bu dəfə səfərdə qol vurmadan ayrılan cənublular 20 qarşılaşmada 36 dəfə rəqib qapılarına yol tapmışdılar.

0
0