Toni Doblas: Azərbaycanda şübhəli penalti qərarları normal haldır
18.04.2013 - 10:41
Toni Doblas: Azərbaycanda şübhəli penalti qərarları normal haldır
Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Bakı” - “Xəzər Lənkəran” matçında təyin olunan 11 metrlərik cərimə zərbəsi müzakirələrə yol açıb. Apasport.az saytının məlumatına görə, 84-cü dəqiqədə “ağ-yaşıllar”ın qapısına təyin olunan penalti narazılıq yaradıb.

Bununla bağlı cənub təmsilçisinin qapıçısı Antonio Doblas “tvitter” sosial şəbəkəsindəki profilində fikirlərini açıqlayıb. Matçı ehtiyat oyunçular skamyasında keçirən ispaniyalı legioner ölkəmizdə olduğu təxminən 3 ayda belə hallara öyrəşdiyini gizlətməyib: “Xəzər Lənkəran”ın buraxdığı qol çox şübhəli penaltidən vuruldu. Lakin burda belə şeylər normal haldır”.

Qeyd edək ki, “Xəzər Lənkəran” “Bakı” ilə səfər oyununda penaltidən buraxdığı qolla məğlub olub – 0:1.