“Xəzər Lənkəran” üçün acı STATİSTİKA!
18.04.2013 - 11:42
“Xəzər Lənkəran” üçün acı STATİSTİKA!
“Xəzər Lənkəran” “uğursuzluq zolağı”na düşüb. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar” ardıcıl 17 oyundur qapısından qol buraxır. Komandanın qapıçıları Orxan Sadıqlı və ispaniyalı Antonio Doblas heç cür qapılarını toxunulmaz saxlaya bilmirlər.

“Xəzər Lənkəran” sonuncu dəfə ötən il noyabrın 24-də “Kəpəz”lə çempionatın səfər oyununda qapısını “quru” saxlayıb – 1:0. Ondan sonra isə artıq 17 matçdır “quru həsrəti” davam edir. Azərbaycan kubokunun “Bakı” ilə dünənki oyununda da qol buraxan cənublular 17 matçda 25 dəfə topu qapısından çıxarıb.