“Qəbələ” “Neftçi” önünə ciddi itkilərlə çıxır
18.04.2013 - 12:13
“Qəbələ” “Neftçi” önünə ciddi itkilərlə çıxır
“Qəbələ” həftəsonu “Neftçi” ilə Topaz Premyer Liqasının səfər görüşünə ciddi itkilərlə çıxa bilər. Apasport.az saytının Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə, Vurğun Hüseynov, Amit Quluzadə və Ceyhun Sultanovdan başqa da komandada zədəli oyunçular var.

Belə ki, Daniel Kruz, Viktor Mendi, Lorival Assis və Şəhriyar Xəlilov bu gün jurnalistlərin izlədiyi açıq məşqi yarımçıq tərk etməli olublar. Serbiyalı müdafiəçi Nikola Valentiç isə ikitərəfli oyun zamanı burnundan ciddi zədə alıb. Komandanın tibbi heyətinin müdaxiləsindən sonra futbolçunun burnunun qanını kəsmək mümkün olub.

Səbuhi TOFİQOĞLU