“Qalatasaray” “Real”la yenidən qarşılaşa bilər!
18.04.2013 - 13:50
“Qalatasaray” “Real”la yenidən qarşılaşa bilər!
Yayda ABŞ-da beynəlxalq futbol turniri keçiriləcək. Apasport.az saytının məlumatına görə, iyulun 27-dən avqustun 7-dək təşkil olunacaq “International Champions Cup”da “Qalatasaray” klubunun da qatılacağı gözlənilir.

Yarışa İtaliyanın “İnter”, “Yuventus”, Madridin “Real” və ABŞ-ın “LA Qalaksi” klublarının qatılacağı təsdiqlənib. Bu komandalarla yanaşı, “Qalatasaray”la “Milan”ın da iştirakçılar arasında yer alacağı iddia edilir.

Ümumilikdə, 8 klubun iştirak edəcəyi turnirin qrup oyunları Feniks, San-Fransisko və İndianapolis, yarımfinal görüşləri isə Nyu-York və Los-Ancelesdə keçiriləcək.

Əgər İstanbul təmsilçisi turnirə qatılarsa, Çempionlar Liqasının 1/4 finalındasa uduzduğu “Real”la yenidən qarşılaşa bilər.