Fariz Nəcəfov: Onun gördüyü işlər göz qabağındadır
18.04.2013 - 14:17
Bu gün “Qəbələ” Futbol Akademiyasının yeni direktoru Stenli Brardın mətbuat konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, öncə tədbiri akademiyanın direktor müavini Nail Kərimov açıb.
Bundan sonra söz “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfova verilib. Nəcəfov öncə akademiyanın ilk illərindən danışıb: “Belə görüşlərin tez-tez olması yaxşı haldır. Akademiyamız 2009-cu ildə klub prezidentinin təşəbbüsü ilə yaradılıb. Çox götür-qoydan sonra ora “Qalatasaray”dan Ali Yavaşı dəvət etdik. Uğurlarımızı millidə “Qəbələ”li futbolçuların çox olması ilə əlaqələndirə bilərik. Müəyyən səbəblərdən Yavaş istefa verdi. Çox akademiyalarda axtarışda olduq. Bizə Stenli Brard təklif olundu. Onun “Feyenord”da gördüyü işlər göz qabağındadır”.
Nəcəfov daha sonra məqsədlərinin öz oyun tərzlərini nümayiş etdirmək olduğunu bildirib: “Bir müddət “Barselona” məktəbi ilə əməkdaşlıq etdik. Ancaq “Qəbələ” Akademiyası öz sistemini yaratmaq istəyir. İnanıram ki, “Barselona”dan və digər klublardan aldığımız təcrübə sayəsində nailiyyətlər əldə edəcəyik”.
Səbuhi TOFİQOĞLU

0
0