“Qəbələdəki ot örtüyü mən gördüyüm ən gözəlidir” – MÜSAHİBƏ
18.04.2013 - 15:28
“Qəbələ” Futbol Akademiyasının yeni direktoru Stenli Brard mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, hollandiyalı mütəxəssis jurnalistlərin suallarını cavablayıb.
- Çox gözəl sözlərə görə təşəkkürümü bildirirəm. Mən “Feyenoord” akademiyasındakı rəhbər işimi davam etdirirəm. Bu işin öhdəsindən tək gəlməmişəm. Burda olmağıma şadam. Növbəti 3 ildə burda çalışacam. Buranı seçməyimdə bəzi səbəblər var. Mənim “Qəbələ”dən görüşdüyüm rəsmi şəxslər elə ümidlə danışdı ki, bu da məni ümidləndirdi. İkincisi, onlar mənə bu işdə hər bir şərait yaradılacağına əmin etdilər. Burda şərait gələcək üçün çox yaxşıdır. Üçüncüsü, həmişə ölkəmdən kənarda işləməyi istəmişəm. Məşqçi heyəti ilə birlikdə bu uğurları əldə etmək istəyirəm. Ötən il 15 yaşlıların turnirində də Qəbələdə olmuşam. Bu turnir bizi yaxşı mənada təəccübləndirmişdi.
- Özünüzlə məşqçi gətirəcəksiz?
- İlk növbədə burda təhlillər aparacam. Ondan sonra buna qərar veriləcək. Məqsədimiz təkcə futbolçuların yox, eləcə də məşqçilərin təkmilləşdirilməsinə nail olmaqdır.
- Avropa klublarına “Qəbələ”dən futbolçular təklif olunacaq?
- Əsas məqsəd oyunçuların hazırlığıdır. Əgər buna nail olsaq, o zaman onları gələcəkdə daha yaxşı pul müqabilində sata bilərik.
- Karyeranız ərzində Yaponiyada da çalışmısız. Ancaq yetişdirdiyiniz futbolçular arasında yaponiyalı futbolçuya rast gəlmədik…
- Maya “Naqoya”da mənim yetirməm olub, indi isə Yaponiya millisində çıxış edir.
- “Qəbələ”də çalışa-çalışa “Feyenoord”da da işləyəcəksiz?
- Bəli. Belə razılığa gəlmişik ki, iyunun 1-dək “Feyenoord”da fəaliyyətimi davam etdirim. Burda da təhlillər aparmaq üçün olacam.
- Brard “Qəbələ”li futbolçuların nəyə qadir olduğunu ötən turnirdə görüb. Hansı məsuliyyətin altına girdiyinizi dərk edirsizmi?
- Əvvəl oyunlarına baxmışam. Məndə çox gözəl təəssürat yaradıblar. Bizim üçün yaşı fərqi yoxdur. Harda yaxşı futbolçu varsa, biz onları seçəcəyik. Əsasən 14-15 yaşlılara daha çox üstünlük veriləcək.
- Yaponiyada 3 il işləmisiz. Burda da 3 il işləyəcəksiz. Bu müddətin olması sizin istəyinizdir?
- Bizim rəhbərliklə birgə qərarımızdır.
- Bayaq dediniz ki, “Qəbələ”dəki infrastrukturu bəyəndiz. Məhz hansı cəhətlər xoşunuza gəldi ki, bunu Hollandiyadakı ilə müqayisə etmək olar?
- Hollandiya ilə müqayisə etdikdə Qəbələdəki ot örtüyü mənim gördüyüm ən gözəlidir. Yeni yataqxanalar haqqında da mənə deyilib. Bunları da fərqləndirə bilərəm. Ancaq mənim üçün əsas amil burda işləyən insanlardır. Onların təşkilatçılığıdır. Bu, sevindirici haldır.
- Futbolçuların təhsil məsələlərini necə tənzimləməyi düşünürsüz?
- Təhsilində uğurlu olan çalışacaq ki, futbolda da uğur qazansın. Və ya əksinə. Biz də çalışacağıq ki, bu məsələləri balanslaşdıraq. Əgər bu belə olsa, deməli həmin oyunçular ən yüksək futbolçulardır. Ancaq ola bilir ki, futbolçu futbolda yaxşı olsa da, təhsildə axsayır.
- “Qəbələ”ni seçməyinizdə Avropada maliyyə böhranının olması da öz təsirini göstəribmi?
- Bura gəlməkdə əsas məqsədim özümün yaxşı iş görə biləcəyimə inanmağımdır. Ancaq bunu tək yerinə yetirə bilmərəm. Buna birlikdə çalışmalıyıq. Yəni bura gəlişimdə maliyyə böhranının olması sözünü deməyib.
- Mayda “Feyenord” Qəbələyə beynəlxalq turnirdə iştirak etmək üçün gələcək. Siz isə həmin vaxt bu klubun akademiyasına rəhbərlik edəcəksiz. Maraqlıdır, siz hansı Akademiyanın tərəfində olacaqsız?
- Mən “Qəbələ”nin tərəfində olacam. Əsas yaxşı oyun göstərməkdir. “Qəbələ” uduzsa, amma yaxşı oyun göstərsə, məyus olmaram.
Səbuhi TOFİQOĞLU

0
0