Romadan “Neftçi”yə gələn məktub “apasport”da - FOTO
18.04.2013 - 14:53
Tibb və idman sahəsində dünyanın ən yaxşılarından biri olan, Romada fəaliyyət göstərən “Villa Stuart” klinikası “Neftçi” ilə əməkdaşlıq edəcək. Apasport.az saytının məlumatına görə, bu barədə klinika rəhbərliyi komandanın baş həkimi Boris Xetaqurova məktub göndərib.
Məktubda bildirilir ki, “Villa Stuart” Xetaqurovu 3 gün müddətinə Romaya dəvət edir. Həmyerlimizlə burada qarşılıqlı dialoq, məlumat mübadiləsi və sonrakı peşəkar əməkdaşlıq barədə danışılacaq. Klinikanın tibbi heyəti müalicə və bərpa prosesinin metod və növlərini göstərəcək, həmçinin oranın mütəxəssisləri tərəfindən istifadə edilən teletibbi texnologiyalar, diaqnostika tədqiqatları və cərrahiyə əməliyyatları ilə Xetaqurovu tanış edəcəklər. “Neftçi”nin “Villa Stuart” klinikası ilə əməkdaşlığı nəticəsində həkimlər öz futbolçularını “Villa Stuart”a baxışa və müalicəyə göndərə biləcək, italiyalı həmkarları ilə məsləhətləşə, həmçinin orada təcrübə keçə biləcəklər.
Məktubda “Villa Stuart”nin “Neftçi” nümayəndələrinin Roma səfəri ilə bağlı bütün xərcləri öz üzərinə götürdüyü də qeyd olunub.
Yeri gəlmişkən, 2010-cu ilin noyabr ayından Ümumdünya İdman Tibb Federasiyasının prezidenti, professor Fabio Piqossinin rəhbəriik etdiyi “Villa Stuart” klinikası ən yaxşı FİFA tibb mərkəzləri siyahısına daxil edilib. Rəsmi olaraq FİFA-nın “Qabaqcıl təcrübə tibbi mərkəzi” (“Medical Centre of Excellence”) fəxri statusunu alıb.Bu klinika ilə bir sıra peşəkar futbol klubları əməkdaşlıq edirlər. Bunlar arasında “Çelsi”, “Barselona”, “Mançester Siti”, “Milan”, “İnter”, “Yuventus”, “Roma”, “Everton”, “Nyukasl”, “Lokomotiv” (Moskva), “Dinamo” (Kiyev) və digərləri var.
Xatırladaq ki, “Neftçi” futbol komandasının baş həkimi, Azərbaycanın əməkdar həkimi Boris Xetaqurov ötən ilin dekabrında Romada “Villa Stuart” klinikasında keçirilən idman tibbi sahəsindəki beynəlxalq seminara qatılaraq, beynəlxalq sertifikat almışdı.

0
0