Finalçıların müəyyənləşəcəyi vaxt məlum oldu
18.04.2013 - 15:13
Finalçıların müəyyənləşəcəyi vaxt məlum oldu
Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunlarının başlama vaxtları məlum olub. Apasport.az saytının xəbərinə görə, finalçıların müəyyənləşəcəyi matçlar fərqli saatda başlayacaq.

Paytaxt və əyalət təmsilçilərinin qarşıdurmasının ikinci səhnəsində də oyunların biri Bakıda olacaq. İlk finalçının müəyyənləşəcəyi görüşdə “Qarabağ” “Neftçi”ni qəbul edəcək. Bu oyunun əsas vaxtı başa çatanda sonra meydana çıxacaq “Xəzər Lənkəran”la “Bakı” isə ilk cütün qalibinin rəqibini müəyyənləşdirəcək.

24 aprel (çərşənbə)

17:00. “Qarabağ” – “Neftçi”
T. Bəhramov adına Respublika stadionu
İlk oyun – 1:2

19:00. “Xəzər Lənkəran” – “Bakı”
Lənkəran şəhər mərkəzi stadionu
İlk oyun – 0:1

Mənbə: pfl.az