Ruslan Abışovun mövqeyinə 8 milyonluq futbolçu
18.04.2013 - 15:20
Azərbaycan yığmasının futbolçusu Ruslan Abışovun şərəfini qoruduğu “Rubin” rəhbərliyi növbəti transferlə bağlı danışıqlara başlayıb. Apasport.az saytının məlumatına görə, Kazan təmsilçisi əsas heyətə düşməkdə çətinlik çəkən müdafiəçimizin mövqeyinə oyunçu tapıb.
Bu, Xorvatiya millisinin mərkəz müdafiəçisi Deyan Lovrendir.
23 yaşlı futbolçu çıxış etdiyi Fransanın “Lion” klubunun rəhbərliyi və məşqçiləri ilə münaqişəyə girdiyi üçün özünə yeni komanda axtarır. Rusiyalılar isə qiyməti 8 milyon avro olan Lovreni heyətində görmək istəyirlər.
Qeyd edək ki, uzun illər mərkəz müdafiəçi kimi çıxış edən Abışov son vaxtlar yığmada dayaq yarımmüdafiəçisi kimi də oynayır.

0
0