“Qəbələ”nin stadionunun adı dəyişdirilə bilər
18.04.2013 - 15:46
“Qəbələ”nin stadionunun adı dəyişdirilə bilər
"Qəbələ"nin hazırda inşasına başlanılan əsas stadionunun adı dəyişdirilə bilər. Apasport.az saytının məlumatına görə, bunu klubun vitse-prezidenti Fariz Nəcəfov deyib.

Onun sözlərinə görə, yaxın gələcəkdə klub marketinq siyasətini inkişaf etdirmək niyyətindədir. Bunun üçün klubun əsas stadionunun adı tenderə çıxarılacaq. Hansı şirkət tenderin qalibi olacaqsa, stadionun adı da o şirkətin adı ilə səsləndiriləcək.