Gözəl “Neftçi”yə barmaq silkələdi: Bu, qəbuledilməzdir!
18.04.2013 - 16:08
“Oyunda baş verənləri seyr etdikcə çox məyus oldum. Çox üzüldüm. Həyatımda nadir hallarda belə üzülmüşəm. Penalti epizodunda 1 deyil, 2 qüsur var. Hakim penalti zamanı epizoda çox yaxın idi. Burda həm proses cərimə meydançasından kənarda baş verir, həm də açıq-aydın görünür ki, rəqib futbolçuya heç bir təmas yoxdu”. Apasport.az saytının xəbərinə görə, bu sözlər “Qarabağ”ın vitse-prezidenti Tahir Gözələ məxsusdur.
Ağdam təmsilçisi ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Neftçi” ilə qarşılaşdı. Komandasının 1:2 hesabı ilə uduzduğu görüş barədə danışan Gözəl hakim idarəçiliyindən narazı qalıb. O, Anar Salmanovun 63-cü dəqiqədə “Qarabağ”ın qapısına təyin etdiyi penalti zərbəsinə belə şərh verib: “Bir hakim bütün bunlara rəğmən belə qərar verirsə, mənim onun meydanı ədaləti qorumaq üçün çıxdığına şübhəm var. Səhərə kimi gözümə yuxu getməyib. Biz getdikcə mənən daha da böyüyürük. Daha böyük uğurlar qazanmaq iqtidarındayıq. Amma baxırsan ki, bütün çəkilən əziyyətlər, bütün mücadilə bir hakimin haqsız fiti ilə hədər gedir”.
Vitse-prezidentin sözlərinə görə, komandasının əldə etdiyi uğurlar meydanda tökülən alın tərinin hesabınadır: “Komandamızın statistikasına baxıram: 3 gündən bir bu uşaqlar meydanda 11 km qaçırlar. Onların zəhmətini belə qırmamalı idilər. Mən penaltini qəbul etmirəm. Rəqibin vurduğu penaltinin futbolla heç bir əlaqəsi yox idi. Bilsinlər ki, “Qarabağ” daim “Neftçi”nin əzəli rəqibi olacaq. Çünki “Qarabağ” da “Neftçi” kimi tarixi olan bir klubdur. Bunu hamı görür, bilir və biləcək. Bu futboldu. Biz udmağı da, heç-heçə oynamağı da bacarırıq. Amma baş verən son olay dəhşətli, qəbuledilməzdi. Bu gün AFFA-nın baş katibi Elxan Məmmədovla PFL prezidenti Ramin Musayevlə görüşdüm. Hər 2 qurum rəhbərliyindən belə neqativ halların bir daha yaşanmaması üçün nələrinsə etmək lazım gəldiyini vurğuladım. Sevindirici haldır ki, həm Ramin bəy, həm də Elxan bəy olayın ciddiyyətini qəbul etmiş və “Qarabağ”ın haqsızlığa uğradığını etiraf etdilər”.
Gözəl daha sonra “Neftçi” klubuna xəbərdarlıq edib: “Siz gələn həftə daha da iradəli, əzmkar “Qarabağ” görəcəksiniz. Biz sınmadıq. Əksinə baş verənlər bizi daha da motivasiyalı edib. İstənilən halda, biz bütün Azərbaycana öz iradəmizi göstərəcəyik. Cavab görüşündə bütün gücümüz, ruhumuz, canımızla mübarizə aparacağıq. Görüşün nəticəsi nə olacaq bilmirəm. Amma onu deyə bilərəm ki, bu görüşdə klub başqanı olaraq bu matça qədər heç vaxt göstərmədiyim iradəmi ortaya qoyacam. Komandam da bilsin ki, bu matç mənə çempionluq, final görüşü kimi qiymətlidir”.

0
0