Millimizin hücumçusu “Xəzər Lənkəran”a qarşı oynaya biləcək
18.04.2013 - 16:33
“Sumqayıt”ın zədəli futbolçuları sıraya qayıdıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, xeyli müddətdir zədəli olan Pərdis Fərcad-Azadla Can Akgün artıq məşqlərə başlayıb. Millimizin hücumçusu olan Pərdislə Akgün çempionatın növbəti turunda “Xəzər Lənkəran”la səfər matçında oynaya biləcəklər. Hər 2 futbolçu bu gün keçirilmiş ikitərəfli oyunda iştirak edib.
Yüngül zədəsi olan Slavik Alxasovla Murad Doymuş isə fərdi məşqlə kifayətlənib. 19 yaşlılardan ibarət yığmamızdan qayıdan Ruslan Nəsirli ilə Şamil Cəmaləddinov da artıq “Sumqayıt”a qoşulub.
Qeyd edək ki, Lənkərandakı oyun aprelin 21-də XXVII tura yekun vuracaq.

0
0