Qırğızıstan – Azərbaycan görüşünün tarixi açıqlandı
18.04.2013 - 16:44
Qırğızıstan – Azərbaycan görüşünün tarixi açıqlandı
Azərbaycan yığmasının Qırğızıstanla nəzərdə tutulan yoldaşlıq görüşünün vaxtı dəqiqləşib. Bu haqda apasport.az saytına AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.

O bildirib ki, millimizin 2013-cü ildə son matçı Bişkekdə olacaq: “Həmin qarşılaşma noyabrın 19-da baş tutacaq”.

Qeyd edək ki, millimiz noyabrın 17-də Estoniya ilə Tallində yoldaşlıq görüşü keçirməyi planlaşdırıb.

Mehman SÜLEYMANOV