Elxan Məmmədov: Hakim 2 tur təyinat almırsa...
18.04.2013 - 17:28
AFFA-nın baş katibi Elxan Məmmədovun apasport.az saytına müsahibəsi
- Stadiondan izlədiyiniz Azərbaycan kubokunun ilk yarımfinal oyunları sizdə hansı təəssürat oyatdı?
- Hər iki qarşılaşma çox maraqlı keçdi. Əsas odur ki, sürətli oyunlar oldu. “Bakı” və “Neftçi” ilk matçlarda qalib gəlsə də, rəqiblərini 1 top fərqi ilə üstələdikləri üçün cütlərin taleyi həll olunmayıb. Qarşıda cavab oyunları var. Hesab edirəm ki, komandaların səviyyəsi çox yüksək idi.
- Bəs hakimliyin səviyyəsinə necə qiymət verərdiniz? FİFA hakimi Anar Salmanovun “Neftçi”nin qapısına təyin etdiyi penalti “Qarabağ” rəhbərliyinin böyük narazılığına səbəb olub...
- Bu günə qədər hakimlərin qərarlarını heç vaxt müzakirə etməmişəm. İndi də müzakirə etmək fikrində deyiləm. Hakimin qərarı dəyişdirilmir. Onun səhv edib-etməməsini Hakimlər Komitəsi təhlil apararaq müəyyənləşdirəcək və müvafiq qaydada qərar qəbul edəcəklər.
- Hakimliklə bağlı şəxsi fikrinizi bilmək istərdik...
- Bir neçə saat öncə milli komandanın kapitanı Rəşad Sadıqovun müsahibəsini oxudum. Hakimliklə bağlı sualın cavabında bildirib ki, bu barədə heç nə demək istəmirəm. Mən də bu fikirdəyəm və hakimliyi müzakirə mövzusuna çevirməyi düzgün saymıram. Hesab edirəm ki, əsas məsələ maraqlı futbolun olmasıdır. Təəssüf ki, stadionda azarkeş sayı çox deyildi. Ancaq əminəm ki, oyuna televiziya vasitəsilə baxıblar. Ümid edirəm ki, azarkeşlərin cavab qarşılaşmalarında stadiona gələrək komandalarının oyununu canlı izləmək imkanı olacaq. Həmin oyunların çox maraqlı olacağına inanıram.
- Hələlik 1 addım geridə olan “Qarabağ” narazılığını bildirir. Hətta klubun vitse-prezidenti Tahir Gözəl narazılığını bildirmək üçün bu gün AFFA-da olub. Yəni Anar Salmanovun cəzalandırılacağı gözlənilir?
- Qərarı görəcəksiniz. Hakim təyinat alırsa, bu, o deməkdir ki, cəzalandırılmayıb. Təyinat almırsa, deməli, Hakimlər Komitəsi müvafiq qaydada cəzalandıracaq. Təbii ki, futbol ictimaiyyətinin hamısı bunu görəcək. Yəni, hər şey təyinatdan asılıdır.
- Ancaq Hakimlər Komitəsi hakimlərin cəzalandırıldığını açıqlamır. Bir-iki tur təyinat almayan hakim isə cəzalanmayıb, sadəcə, ona istirahət verilə bilər. Hər halda, hakimlərin bütün turlara təyinat almağı şərt deyil...
- Hakim oyunu yaxşı idarə edirsə, növbəti turda təyinat alır. Yaxşı etmirsə, qiyməti az olursa, təbii ki, təyinat almır. İki həftə gözləyin, sizin üçün cavab olacaq. Hakim bir tur dincələ bilər, növbəti turda da təyinat almırsa, bunun səbəbi çətin ki, istirahət olsun.
- "Neftçi" klubu İntizam Komitəsinin qəbul etdiyi bəzi qərarlarla bağlı Apelyasiya və Ekspert Komitəsinə müraciət edib. Bu məsələyə yaxın günlərdə baxılması gözlənilirmi?
- Mövcud qaydalara görə klublar Apelyasiya və Ekspert Komitəsinə müraciət edə bilər və bu müraciətlərə müvafiq qaydada baxılır. Apelyasiya və Ekspert Komitəsinin növbəti iclasının aprelin 19-da keçirilməsi nəzərdə tutulub. Həmin iclasda komitəyə edilmiş müraciətlər müzakirə olunacaq.
Mehman SÜLEYMANOV

0
0