AFFA-dan millimizə qiymət
18.04.2013 - 18:16
AFFA-dan millimizə qiymət
AFFA 19 yaşadək qızlardan ibarət yığmaya (U-19) böyük inam bəsləyir. Assosiasiyanın baş katibi Elxan Məmmədov apasport.az saytına açıqlamasında dəvət etdikləri ispaniyalı mütəxəssis Patrisia Qonzalesin rəhbərlik etdiyi U-19-a qiymət verib.

Məmmədov U-17-də baş məşqçi məsələsinə də toxunub: “Bu yığmamız Zamin Əsədullayevə tapşırılmışdı. O, bu sahədə təcrübəli bir insandır. Patrisia Qonzalesə isə 19 yaşadək yığmamız həvalə olunub. Bütün ümidlərimiz bu komandayadır. Çünki o, dünya çempionatına 2 illik qalmış yığılmış, hazırlıq işləri görülmüşdü. Bu komandanın hazırda böyük potensialı var. Ona inanırıq. Bildiyiniz kimi, bu yaxında həmin yığmanın 3 futbolçusu “Rayo Valyekano”ya baxışa dəvət olunub”.

Qeyd edək ki, Aytac Şərifova, Aysun Əliyeva və Nigar Cəlilli aprelin 22-dən mayın 4-dək Madrid klubunda baxışda olacaqlar.

Mehman SÜLEYMANOV