“Real” və “Yuventus” xeyriyyə matçı keçirəcəklər
18.04.2013 - 21:03
İspaniya və İtaliyanın nəhəng klubları - “Real” ilə “Yuventus” arasında yayda xeyriyyə matçı təşkil ediləcək. Apasport.az saytının məlumatına görə, oyun iyunun 9-da, Madridin “Santyaqo Bernabeu” stadionunda baş tutacaq.
Meydana hər iki komandanın sabiq futbolçuları çıxacaqlar. Azarkeşlər Zinəddin Zidanı, Pavel Nedvedi, Edqar Davidsi və Luiş Fiqunu yenidən görə biləcəklər.
Qeyd edək ki, bu matçdan əldə edilən vəsaitlər “Qırmızı Xaç”a göndəriləcək.

0
0