Havutçu Məlikov və İsayevin komandası ilə anlaşa bilmədi
18.04.2013 - 21:40
“Beşiktaş”ın sabiq baş məşqçisi Tayfur Havutçu azərbaycanlı futbolçular - Rail Məlikov və Arif İsayevin çıxış etdiyi “Dənizlspor”la anlaşa bilməyib. Apasport.az saytının məlumatına görə, Səlahəttin Dərvəntlə yollarını ayran PTT I liqasının təmsilçisi bu gün Havutçu ilə görüşüb.
Tayfur bu gün Dənizliyə gedərək, burada klubun idarə heyəti ilə bir araya gəlib. Lakin tərəflər arasında razılıq əldə olunmayıb və Havutçu yenidən İstanbula qayıdıb.
“Dənizlspor”un isə yeni hədəfi Hüsnü Özkaradır. Əgər bu mütəxəssislə də razılıq əldə olunmasa, rəhbərlik Erhan Altın ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, son 4 oyunda qələbə üzünə həsrət qalan və liqada pis günlər yaşayan “Dənizlspor” mövsümə Engin İpəklə başlayıb. 51 yaşlı mütəxəssisin komandadan ayrılmasından sonra isə “Dənizlspor”un “sükanı arxası”na Səlahəttin Dərvənt keçib. “Turan”ın sabiq çalışdırıcısının rəhbərliyi altıda klub 21 matçdan 22 xal toplayıb.
Hazırda isə “xoruzlar” 33 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşır.

0
0