FİFA Liviya yığmasına icazə verdi
18.04.2013 - 22:00
FİFA Liviya yığmasına icazə verdi
FİFA Liviya milli komandasının ev oyunlarını ölkələrində oynamaları ilə bağlı qərar verib. Apasport.az saytının məlumatına görə, ali futbol qurumu vətəndaş müharibəsi ilə əlaqədar olaraq, sözügedən ölkədə iki il ərzində rəsmi matçlar keçirməsinə qadağan etmişdi.

Liviyanın sabiq prezidenti Müəmmər Qəddafinin devirilməsindən sonra isə FİFA bu ölkənin futbol üzrə yığma komandasının ev oyunlarını doğma azarkeşləri önündə oynamasına icazə verib.

Beləliklə, DÇ-2014-ün seçmə mərhələsinin iyun ayında keçiriləcək oyunlarında Liviya Konqo Demokratik Respublikası ilə ya Tripoli də, ya da ki, Benqazi şəhərində qarşılaşacaq.

Qeyd edək ki, Liviya yığması DÇ-2014-ün seçmə mərhələsində hələ uduzmayıb. Onlar 3 oyundan 1 qələbə qazanıb və 2 heç-heçə edib.