Messi komanda ilə birgə məşqə çıxdı
18.04.2013 - 22:30
Messi komanda ilə birgə məşqə çıxdı
“Barselona”nın hücumçusu Lionel Messidən şad xəbər. Apasport.az saytının məlumatına görə, zədəli olan Argentina millisinin üzvü ümumi qrupda məşq edib.

Kataloniya klubunun bugünkü hazırlığında Messi komanda ilə birgə bərabər səviyyədə məşqə edərək, İspaniya La Liqasının növbəti turunda “Levante”yə qarşı matça hazırlaşıb. Lakin həmin qarşılaşmada Lionelin meydana çıxması hələ ki məlum deyil. Onun Çempionların Liqasının yarımfinal mərhələsində “Bavariya” ilə ilk oyuna qədər hazır olması gözlənilir.

Qeyd edək ki, Messi Çempionların Liqasının 1/4 finalının PSJ ilə ilk matçında zədələnmişdi.