Essyen “Borussiya” ilə ilk matçı buraxacaq
18.04.2013 - 23:14
“Real” Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk matçında Dortmund “Borussiya” ilə oyuna itki ilə çıxacaq. Apasport.az saytının məlumatına görə, “Kral klubu”nun baş məşqçisi Joze Mourinyo bu qarşılaşmada Maykl Essyenin xidmətindən yararlana bilməyəcək.
Buna səbəb Qana yığma komandasının yarımmüdafiəçisinin zədəli olmasıdır. Essyen Avropanın ən titullu klub turnirinin 1/4 finalında “Qalatasaray”la keçirilən cavab matçında zədələnəndən sonra onun sağalması bir qədər vaxt tələb edir. Buna görə də o, Almaniya təmsilçisi ilə görüşdə forma geyinə bilməyəcək.
Hazırda isə Maykl Londonda müalicə olunur.

0
0