“Seltik”in baş məşqçisi 3 matçlıq cəzalandı
19.04.2013 - 01:50
“Seltik”in baş məşqçisi 3 matçlıq cəzalandı
“Seltik”in baş məşqçisi Nil Lennon cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis Şotlandiya Premyer Liqasının üç matçında komandasının oyununu tribunadan izləyəcək.

Belə ki, Lennon ölkə çempionatının XXXI turu çərçivəsində “Sent-Mirren”lə görüşdə qeyri-normal danışması ona baha başa gəlib. Nil rəqib komandanın kapitanı Cimi Qudvin ilə şifahi şəkildə dalaşıb. Elə buna görə də Şotlandiya Futbol Assosiasiyası Lennonu 3 oyunluq cəzalandırıb.