Mourinyo yenidən “Çelsi”yə qayıdır
19.04.2013 - 02:42
Mourinyo yenidən “Çelsi”yə qayıdır
“Real”ın baş məşqçisi Joze Mourinyo artıq “Çelsi” ilə müqavilənin şərtləri haqqında razılaşıb. Apasport.az saytının məlumatına görə, bu haqda “le 10 sport” iddia edir.

Xəbərdə bildirilir ki, “zadəganlar” 50 yaşlı portuqaliyalı mütəxəssisə yeni təklif göndəriblər. London klubunu 3 il çalışdıran Mourinyoun ailəsi də yenidən İngiltərə qayıtmaq istəyir. Həmçinin Joze “Çelsi”də 15 milyona avroya qədər məvacib alacaq.

Qeyd edək ki, Mourinyo 2004 - 2007-ci illərdə “Çelsi”nin “sükanı arxası”nda olub.