“Qarabağ” – “Neftçi” oyununun vaxtı dəyişdirildi
19.04.2013 - 09:45
“Qarabağ” – “Neftçi” oyununun vaxtı dəyişdirildi
Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunlarından birinin vaxtı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, bu dəyişiklik “Qarabağ” və “Neftçi” arasında qarşılaşmanın başlama saatı ilə bağlıdır. Aprelin 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq.

Qeyd edək ki, görüşün başlama saatı əvvəlcədən 17:00-a planlaşdırılmışdı.

Mənbə: pfl.az