Ramin Musayev: Hər səhvə görə cəza versək, onda hakim qalmaz...
19.04.2013 - 10:15
“Anar Salmanovun idarəçiliyi ilə bağlı qərarı Hakimlər Komitəsi verəcək”. Bunu apasport.az saytına Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.
Ölkə kubokunun yarımfinal mərhələsində keçirilmiş qalmaqallı “Neftçi” - “Qarabağ” matçını idarə edən Anar Salmanovun cəzalandırılacağı gözlənilir. Onun 63-cü dəqiqədə qonaq komandanın qapısına təyin etdiyi şübhəli penalti qərarı böyük rezonans doğurub.
11 metrlik zərbədən hesabı bərabərləşdirən “ağ-qaralar” sonda daha 1 qol vuraraq, 2:1 hesablı qələbə qazanıblar.
Salmanovun şübhəli qərarından sonra bir müddət təyinat almayacağı, hətta mövsümün sonuna qədər hakimlikdən kənarlaşdırılacağı haqda xəbərlər dolaşır.
Diş ağrısını əsas gətirərək bu barədə danışmaq istəmədiyini vurğulayan Musayev israrımızdan sonra penalti epizodunda Salmanovun düzgün mövqe seçmədiyini bildirib: “Məncə, həmin epizodda baş hakimin mövqeyi düzgün deyildi. Hakim səhv edibsə, bu o demək deyil ki, mütləq cəzalandırılacaq. Hər səhvə görə ömürlük cəza versək, onda hakim qalmaz...”.
Həmin matçın hakim-inspektoru Əli Hüseynova da Salmanovun idarəçiliyi ilə bağlı danışmaq istəməyib. O, buna beynəlxalq qaydalara görə icazə verilmədiyini bildirib.
Mehman SÜLEYMANOV

0
0