Roberto Alvizin “Xəzər Lənkəran”dan qovulmağının səbəbi açıqlandı
19.04.2013 - 11:07
Roberto Alvizin “Xəzər Lənkəran”dan qovulmağının səbəbi açıqlandı
“Xəzər Lənkəran”ın xorvatiyalı futbolçu Roberto Alvizin qovulmağının səbəbi müəyyənləşib. Apasport.az-ın xəbərinə görə, klubun rəsmi saytı legionerin Nizam-İntizam Məcəlləsini pozduğu üçün komandadan kənarlaşdırıldığını açıqlayıb. Cari mövsümün gedişində baş məşqçinin fiziki hazırlıq üzrə köməkçisi təyin olunan ispaniyalı mütəxəssis Erik Rokettanın da vəzifəsindən azad olunduğu xəbərdə göstərilib.

Qeyd edək ki, lənkəranlıların baş məşqçisi Con Toşak az öncə özünə ispaniyalı məşqçi Aleksis Plaza Anqulonu köməkçi götürüb.