AVRO-2020: Bakının rəqibləri artır
19.04.2013 - 12:54
AVRO-2020-nin final mərhələsinə ev sahibliyi etmək üçün daha bir şəhər namizədliyini irəli sürmək istəyir. Apasport.az saytının məlumatına görə, Danimarkanın paytaxtı Kopenhagen Avropanın 13 müxtəlif şəhərində keçiriləcək qitə birinciliyini qəbul etmək iddiasındadır.
Bunu Danimarka Futbol İttifaqının prezidenti Allan Hansen açıqlayıb. O bildirib ki, paytaxtın “Parken” stadionunun namizədliyi başçısı olduğu qurumun İcraiyyə Komitəsində müzakirə olunaraq UEFA-ya veriləcək.
Yeganə problem ondadır ki, bu stadion 38 min tamaşaçı tutur. UEFA tələblərinə görə isə AVRO-2020-ni qəbul edəcək arenalar ən azı 50 min tamaşaçı tutumuna malik olmalıdır. Amma qitə futbol qurumu yarışı qəbul edəcək 13 stadiondan 2-nin nisbətən kiçik tutumlu olmasına imkan verəcək. Kopenhagenlilər də məhz bu 2 arenadan biri olmağa iddia edir.
2020-ci ildəki qitə çempionatının final mərhələsi 13 şəhərdə keçiriləcək. Bunlardan 12-si qrip mərhələsinin 3 oyununu və pley-offda (1/8 və 1/4) 1 görüşü qəbul edəcək. 13-cü şəhər isə yarımfinal və finala ev sahibliyi edəcək. Hər ölkə 2 sifariş edə bilər. Birincisi standart – yarımfinala qədərki matçları qəbul edəcək 12 şəhərdən biri olmağa, digəri isə həlledici matçlar üçün.
Qeyd edək ki, AFFA tərəfindən Bakının da bu şəhərlərdən biri olmağa namizədliyi verilib. Bundan başqa, Ukrayna, Almaniya və Ermənistan şəhərləri də namizədliyini vermək niyyətindədir.

0
0