Yığmamız Portuqaliya ilə yoxlama görüşü keçirəcək
19.04.2013 - 13:22
Yığmamız Portuqaliya ilə yoxlama görüşü keçirəcək
Futzal üzrə Azərbaycan millisinin yoxlama görüşündə növbəti rəqibi müəyyənləşib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, komandamız Portuqaliya yığması ilə 2 yoldaşlıq oyunu keçiriləcək.

Qarşılaşmalar sentyabrın 17-də və 18-də səfərdə təşkil olunacaq. Oyunların keçirilməsi ilə bağlı təklif Portuqaliya Futzal Federasiyası tərəfindən irəli sürülüb.