Milli komanda “siftə” üçün Pireneyə gedir
19.04.2013 - 13:56
Milli komanda “siftə” üçün Pireneyə gedir
Futzal üzrə milli komandamız 2 yoxlama oyunu keçirəcəyi Portuqaliya ilə indiyədək 8 dəfə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, yığmamızın səfərdəki görüşləri komandalar arasında 9-cu və 10-cu duel olacaq.

İndiyədək heç vaxt Portuqaliyaya qalib gəlməyən millimiz Pireney yarımadasında ilkə imza ata bilər. Belə ki, baş tutan 8 qarşılaşmada 6 dəfə rəqibimiz qalib gəlib və cəmi 2 dəfə bərabərlik qeydə alınıb. Pireneylilər top fərqində böyük üstünlüyə malikdir – 34:12.

06.11.2002. AVRO-2003, seçmə mərhələ. Portuqaliya – Azərbaycan – 5:0 (səfər)
23.09.2003. Yoldaşlıq oyunu. Portuqaliya – Azərbaycan – 2:1 (səfər)
24.09.2003. Yoldaşlıq oyunu. Portuqaliya – Azərbaycan – 4:1 (səfər)
26.09.2006. Yoldaşlıq oyunu. Portuqaliya – Azərbaycan – 5:2 (səfər)
27.09.2006. Yoldaşlıq oyunu. Portuqaliya – Azərbaycan – 8:1 (səfər)
19.03.2009. AVRO-2010, seçmə mərhələ. Portuqaliya – Azərbaycan – 3:3 (səfər)
28.01.2010. AVRO-2010, final mərhələsi. Portuqaliya – Azərbaycan – 3:3 (neytral)
01.02.2012. AVRO-2012, final mərhələsi. Portuqaliya – Azərbaycan – 4:1 (neytral)

Qeyd edək ki, 2003 və 2006-cı illərdə olduğu kimi yenə Portuqaliyaya sentyabr səfəri yerli yığma ilə 2 yoxlama matçı ilə əlamətdar olacaq. Bu dəfə qarşılaşmalar ayə 17-də və 18-də baş tutacaq.