Araz Abdullayev danışdı: O, məndən razı qaldı - MÜSAHİBƏ
19.04.2013 - 14:18
Ötən ayın sonlarında Nobel prospektində törətdiyi avtomobil qəzasından sonra mətbuata danışmayan “Neftçi” klubunun futbolçusu Araz Abdullayev sükuta son qoydu. Millimizin üzvü apasport.az saytının əməkdaşı ilə söhbətində həmin xoşagəlməz hadisə haqda danışmaq istəməsə də, klub və yığmadakı işlərindən bəhs etməyə razılıq verdi.
- Premyer Liqada ardıcıl 2 mövsümdür qızıl medal qazanan “Neftçi” bu il də çempionluğa əsas namizədlərdən sayılır. Turnir cədvəlinə başçılıq edən komandanız ölkə kubokunda da yoluna davam edir...
- Çox maraqlı və gərgin çempionat keçir. Biz də hər oyunda maksimum nəticə əldə etməyə çalışırıq. Qalan bütün oyunlar final ab-havasında keçəcək. Minimum xal itkisi ilə irəliləməliyik. Sabah “Qəbələ” ilə görüşdə 3 xal qazanıb, çempionluğa bir addım da yaxınlaşmaq istəyirik. Premyer Liqada olduğu kimi, kubokda da əsas məqsədimiz birinci olmaqdır. Yarımfinalın ilk görüşündə “Qarabağ”ı məğlub edib, cavab matçı üçün üstünlük qazandıq.
- “Neftçi”nin əsas məqsədi “qızıl dubl” etməkdir. Ancaq son iki ildə çempion olsanız da, kuboku qazana bilmirsiniz. Bu il istəyinizi reallaşdıra biləcəksiniz?
- Komanda olaraq qarşımıza “qızıl dubl” etmək məqsədi qoyulub. Kim istəməz ki, “qızıl dubl” etsin? Ancaq bu yolda ciddi rəqiblərimiz var. “Qarabağ” və “İnter”in adlarını çəkə bilərəm. “Qızıl dubl” etməsək də, çalışacağıq ki, ya çempion olaq, ya da kuboku qazanaq.
- Hər iki cəbhədə əsas rəqib kimi hansı komandaları görürsünüz?
- Kubokda “Qarabağ”, çempionatda “İnter” bizə çətinlik yarada bilər. Ümumiyyətlə, ilk “altılıq”da qərarlaşan komandaların hər biri “Neftçi” üçün ciddi rəqibdir. Bu mübarizədə zəif rəqib yoxdur. Hamısı ilə oyunlarımız çətin keçir. Buna baxmayaraq, çalışacağıq ki, əlimizdən gələnin ən yaxşısını edək.
- Bazar günü “Qəbələ”yə qarşı keçirəcəyiniz görüşlə bağlı nə deyə bilərsiz? Rəqibin şansının qalmamağı “Neftçi” üçün üstünlük hesab oluna bilərmi?
- Mən belə düşünmürəm. Əslində, bu cür rəqibə qarşı oynamaq daha çətindir. “Qəbələ” bizimlə müqayisədə oyuna bir qədər rahat çıxacaq. Təbii ki, bu amil bizə çətinlik yarada bilər. Belə oyunlarda çox diqqətli olmalıyıq.
- “Neftçi” ilə yanaşı, həm də 21 yaşadək futbolçulardan ibarət yığmanın üzvüsünüz. U-21 Avstriyada təşkil olunan turnirin qalibi oldu. Bunda sizin də əməyiniz var, 2 qol vurdunuz...
- Avropa çempionatının seçmə oyunları öncəsi Avstriyada təşkil olunan beynəlxalq turnirdə iştirak etdik. Macarıstanın “Haladas” komandasının 2:1 hesabı ilə məğlub etdik. Gürcüstan yığması ilə 1:1 bərabərə qalsaq da, son oyunda Albaniya U-21 komandasını 2:0 hesabı ilə üstələyib turnirin qalibi olduq. U-21-in baş məşqçisi Bernard Lippert məndən razı qaldığını bildirdi. Təbii ki, hər bir futbolçu kimi mən də əsas milli komandanın şərəfini qorumaq istəyirəm. Yenidən yığmaya dəvət almaq üçün əlimdən gələni edirəm. Məşqlərdə daha səylə çalışıram. Çalışacağam ki, oyunlarda da yüksək səviyyədə çıxış edib baş məşqçinin diqqətini cəlb edim. Qarşıda millimizin Lüksemburqla ev oyunu var. Əgər yenidən yığmaya dəvət olunsam, çalışacağam ki, əlimdən gələn köməkliyi edim.
- Hazırda öz oyununuzla bağlı nə deyə bilərsiz?
- Hər halda, pis formada deyiləm, amma bununla kifayətlənmək olmaz. Məşqlərimə davam edirəm, çalışmalıyam ki, daha yaxşı forma yığım.

0
0