“Dənizlispor”da yeni baş məşqçi - FOTO
19.04.2013 - 15:00
“Dənizlispor”da yeni baş məşqçi - FOTO
“Dənizlispor” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin sabiq futbolçuları Rail Məlikov və Arif İsayevin şərəfini qoruduğu I liqa təmsilçisinin Özcan Bizatini baş məşqçi postuna gətirdiyi rəsmən açıqlanıb.

O, az öncə istefaya göndərilən Səlahəttin Dərvənti əvəzləyib. Türkiyəli mütəxəssislə növbəti mövsümün sonuna kimi anlaşılıb.