Nadir Qasımov milli komandada
19.04.2013 - 16:53
Nadir Qasımov milli komandada
15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması aprelin 23-dən mayın 3-ə qədər təlim-məşq toplanışı keçirəcək. Apasport.az saytının məlumatına görə, yığmamızın hazırlıqları Rusiyada baş tutacaq.

Anapa şəhərindəki toplanışda 24 futbolçu iştirak edəcək: Asim Abdullazadə, Samir Əliyev, Nazim Bağırov, Rahid Ağazadə, Qəlbinur Adıqözəlli (hamısı “Bakı”), Maqsud Vəlişov, Elçin Əsədov, Nadir Qasımov (hamısı “İnter”), Miremil Həsənov, Aslan Bədəlzadə, Eyyub Eyyublu, Aslan İsmayılov, Məhərrəm Həsənov (hamısı “Lokomotiv”), Famin Əliyev, Raul Süleymanzadə, Məmməd Hüseynov (hamısı “Qarabağ”), Tural Əjdərli, İlkin Abdullayev, Osman Soltanov, Əli Sadıxov (hamısı “Qəbələ”), Bahadur Həziyev, Fərid Səmədov, Pərviz Həsənov (hamısı “Neftçi”), Hüseyn Qasımzadə (“Rəvan”).

Mənbə: affa.az