AFFA Anar Salmanovun idarəçiliyinə baxmağı tapşırdı
19.04.2013 - 17:01
 AFFA Anar Salmanovun idarəçiliyinə baxmağı tapşırdı
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan kubokunun 1/2 final mərhələsinin ilk oyunlarında baş verənlər müzakirə olunub.

“Neftçi” – “Qarabağ” və “Bakı” – “Xəzər Lənkəran” matçlarının 2-ci hissələrində qonaq komandaların azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün hər iki klub 2000 manat cərimə olunub.

“Neftçi” ilə “Qarabağ” azarkeşləri tərəfindən stadionun oturacaqları sındırıldığı üçün “Bakcell Arena” stadionunun rəhbərliyinin dəymiş zərərə uyğun olaraq klublara təqdim edəcəyi hesab əsasında ödəmə etməlidir.

Bundan başqa, həmin oyunda Anar Salmanovun başçılıq etdiyi hakimlər briqadasının idarəçiliyinə Hakimlər Komitəsində baxılması və İntizam Komitəsinə məlumat verilməsi tapşırılıb.