Azərbaycan çempionatında saxtakar tapıldı
19.04.2013 - 17:34
Azərbaycan çempionatında saxtakar tapıldı
AFFA-nın İntizam Komitəsi U-14 Liqasında qeydə alınan saxtakarlığı üzə çıxarıb. Apasport.az saytının məlumatına görə, qurum çempionatda çıxış edən “Şirvanovka” klubunun futbolçusu Elmar Kərimovun sənədlərinin saxta olmasını müəyyənləşdirib.

Komitə futbolçunun iştirak etdiyi bütün oyunların nəticələrini ləğv edib. Bu görüşlərdə komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

Mənbə: affa.az