AFFA-dan Böyükağa Hacıyevə güzəşt
19.04.2013 - 18:44
Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda “Neftçi”nin məşqçilərinin cəzalanması ilə bağlı müraciətinə baxılıb.
Müzakirələrdən sonra AFFA-nın İntizam Komitəsinin bakılıların baş məşqçisi Böyükağa Hacıyev barədə çıxardığı qərar yüngülləşdirilib. 10 oyunluq cəza alan baş məşqçi bağışlanıb.
Belə ki, AFFA və PFL-in ünvanına xoşagəlməz ifadələr işlədən çalışdırıcının cəzası cəmi 3 oyuna endirilib. Digər 7 oyunluq cəza isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə ləğv edilib. Bu yarım illik sınaq müddəti ərzində baş məşqçi analoji hərəkətlərə yol verəcəyi təqdirdə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunacaq.
Bu güzəşt Hacıyevdən fərqli onun köməkçisi Bəxtiyar Musayevə şamil edilməyib. 5 oyunluq cəzalanan çalışdırıcı ilə bağlı qərar qüvvədə saxlanılıb.

0
0