“Komandanı gücləndirmək üçün güclü futbolçuları heyətə cəlb etməliyik”
19.04.2013 - 18:58
“Futbolçular fiziki cəhətdən zəifdilər, futbolçularımın gücü tükənib. Müdafiənin mərkəzində gənc futbolçuları oynatdıq”. Apasport.az saytının məlumatına görə, bu szöləri “Turan” klubunu baş məşqçisi Əfqan Talıbov, deyib.
O, Topaz Premyer Liqasının XXVII turunun “Kəpəz”lə səfər oyunundakı 1:0 hesablı qələbə haqda fikirlərini açıqlayıb: “16-17 yaşlı futbolçular perspektivli sayıla bilər. 1991-1993-cü il təvəllüdlü futbolçular isə artıq özlərini göstərməlidirlər. Təəssüf ki, bacarmadılar, hətta son 20 dəqiqədə “Kəpəz” bizdən üstün oynadı. Komandanı gücləndirmək üçün güclü futbolçuları heyətə cəlb etməliyik. Bunun üçün də maliyyə məsələləri həll olunmalıdır. Çox çətin qələbə qazandıq”.
Mənbə: pfl.az

0
0