“Kəpəz” 17 futbolçu ilə qalıb
19.04.2013 - 19:00
 “Kəpəz” 17 futbolçu ilə qalıb
“Oyuna tam heyətlə çıxa bilmədik, cəmi 17 oyunçumuz var idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kəpəz” klubunun baş məşqçisi Mahmud Qurbanov deyib.

O, Topaz Premyer Liqasının XXVII turunun “Turan”la oyunundakı 0:1 hesablı məğlubiyyətinin səbəbini açıqlayıb: “Hücumlarımızı əsasən sol cinahdan qurduğumuz üçün ilk hissədə Elvin Həsənəliyevin zədələnməsi pis oldu. Emin Əliyev isə zədədən təzə sağalıb, istədiyimiz fiziki durumda deyil. Qol buraxdıqdan sonra daha yaxşı oynadıq. Gənc futbolçular təcrübəlilərdən daha enerjili olmalıdırlar, lakin bəziləri bunu anlamır”.

Mənbə: pfl.az