“Qarabağ” bu gün tək çalışma ilə kifayətləndi
19.04.2013 - 19:32
“Qarabağ” bu gün tək çalışma ilə kifayətləndi
“Qarabağ” Topaz Premyer Liqasının XXVII turunda qarşılaşacağı “Bakı” ilə oyunun hazırlıqlarını davam etdirir. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, Ağdam təmsilçisi ölkə kubokunun yarımfinal mərhələsində “Neftçi” ilə qarşılaşdıqdan dərhal sonra hazırlıqlara başlayıb.

“Qarabağ” bu gün tək çalışma ilə kifayətlənib. Baş məşqçi Qurban Qurbanovun yetirmələri yeganə məşqi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub. “Qarabağ”ın bütün futbolçular çalışmada iştirak edib.

Qeyd edək ki, “Bakı” – “Qarabağ” oyunu aprelin 21-i, saat 16:00-da Biləcəridə “Bakı”nın bazasında keçiriləcək.