“Xəzər Lənkəran” “Sumqayıt”la hazırlığa başladı - FOTOLAR
19.04.2013 - 19:45
Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Bakı” ilə qarşılaşmadan sonra Lənkərana dönən “Xəzər Lənkəran” bu gün məşqlərini bərpa edib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, Topaz Premyer Liqasının XXVII turu çərçivəsində doğma meydanda “Sumqayıt”la görüşəcək cənublular saat 17:00-da əsas meydançada gənclik şəhərinin təmsilçisi ilə hazırlığa start verib
Con Toşakın rəhbərliyi altında keçirilən məşq sona qədər yüksək əhval-ruhiyyədə davam edib. Hazırda komandada yeganə zədəli futbolçu ispan müdafiəçimiz Alvaro Silvadır. Klubun həkimi Gennadi Kişlarinin nəzarətində bərpa məşqlərini davam etdirən Alvaronun qarşıdakı matçlarda “Xəzər Lənkəran”a kömək edə biləcəyi gözlənilir.
Qeyd edək ki, bu gün klubun ofisində komanda rəhbərliyi ilə köməkçi məşqçi Erik Roketa və futbolçu Robert Alviz arasında keçirilən görüşdən sonra qarşılıqlı razılaşma əsasında oyunçunun müqaviləsinə xitam verilib.

0
0