“Yaratdığımız üç epizoddan ikisində qol vurduq”
19.04.2013 - 20:08
“Yaratdığımız üç epizoddan ikisində qol vurduq”
“Mövsüm ərzində 1-2 dəfə olur ki, oyun istədiyimiz kimi alınmır. Bugünkü oyunu da belə oyunlar sırasına aid edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rəvan”in baş məşqçisi Ramil Əliyev deyib.

O, Topaz Premyer Liqasının XXVII turu çərçivəsində AZAL-a 3:2 hesablı məğlubiyyəti dəyərləndirib: “AZAL bu gün üstün oynadı. Lakin sevindirici haldır ki, biz öz oyunumuzu göstərə bilməsək də, rəqib qapısı ağzında yaratdığımız üç epizoddan ikisində qol vurduq”.