Vaqif Sadıqov: “Rəvan” iki top vurmadı, AZAL iki qol buraxdı
19.04.2013 - 20:15
Vaqif Sadıqov: “Rəvan” iki top vurmadı, AZAL iki qol buraxdı
“Rəvan” iki top vurmadı, AZAL iki qol buraxdı. Təəssüf ki, səhvlər olur, davam edir”. Apasport.az saytının məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib.

Təcrübəli çalışdırıcı Topaz Premyer Liqasının XXVII turu çərçivəsində “Rəvan” (3:2) üzərində qazanılan qələbəyə şərh verib: “Səhvlərin gələcəkdə olmaması üçün müəyyən addımlar atacağıq. Rəqibin oyununu tam təhlil etmişdik. Pressinq tətbiq edib əks-hücumlarda rəqibi yaxalamağa çalışdıq. Yaratdığımız qol epizodlarından yalnız üçünü qola çevirə bildik”.