Ruslan Abışov: Bu anı çox gözləyirdim
19.04.2013 - 20:33
Azərbaycan millisinin futbolçusu Ruslan Abışov bu gün Rusiya Premyer Liqasında debüt edib. Apasport.az saytının məlumatına görə, 26 yaşlı müdafiəçimiz “Rubin”in əsas komandasında “Amkar”a qarşı ilk matçına çıxıb.
Səfərdə 1:1 hesablı bərabərliklə başa çatan oyundan sonra Abışov Kazan təmsilçisinin çıxışını dəyərləndirib: “Mən bu anı çox gözləyirdim. “Rubin”in heyətində debüt matçına Kazanda çıxmaq və komandamın qələbəyə nail olmasını istəyirdim. Amma təəssüf ki, belə alınmadı. Birinci hissədə biz çox yaxşı oynayırdıq, lakin ikinci yarıda “Amkar”ın təzyiqlərinə dözməyib, qol buraxdıq. Əlbəttə, hamınız matçın nəticəsindən narazıyıq və öz oyunumu isə təhlil etmək istəmirəm. Bunun üçün məşqçilər var”.

0
0