Məlikov və İsayevin yeni çalışdırıcısı müqavilə imzaladı - FOTO
19.04.2013 - 21:06
Məlikov və İsayevin yeni çalışdırıcısı müqavilə imzaladı - FOTO
Xəbər verdiyimiz kimi, “Dənizlispor”un yeni baş məşqçisinin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, I liqa təmsilçisinin rəhbərliyi azərbaycanlı futbolçular - Rail Məlikov və Arif İsayevin şərəfini qoruduğu komandanın “sükanı arxasın”a Özcan Bizatini gətirdiyini rəsmən açıqlanıb.

Artıq “xoruzlar” yeni çalışdırıcı ilə növbəti mövsümün sonuna kimi müqavilə də imzalayıb. İmza mərasimində isə dənizlilərin təhlükəsizlik müdiri Zəki Bulut, klub prezidenti Süleyman Urkay və komandanın idarə heyətinin üzvləri iştirak ediblər.

Tədbirdən sonra isə Özcan Bizati futbolçularla birgə iclas keçirib. O, “Dənizlispor”un indiyə qədər qarşılaşdığı ən gənc komanda olduğunu və adaptasiya müddətinin qısa zaman kəsiyində həll edəcəyini bildirib.

Qeyd edək ki, Bizati Məlikov və İsayevin komandasından az öncə istefaya göndərilən Səlahəttin Dərvənti əvəzləyib.