Abışovun debüt etdiyi matçı 11500 azarkeş izlədi
19.04.2013 - 22:14
Bu gün Rusiya Premyer Liqasının XXV turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, “Amkar”la qarşılaşan Azərbaycan milli komandasının müdafiəçisi Ruslan Abışovun şərəfini qoruduğu “Rubin”in görüşü əlamətdarlığı ilə yadda qalıb.
Belə ki, Permdə “Ulduz” stadionunda keçirilən oyuna 11500 tamaşaçı gəlib. Bu isə o deməkdir ki, “Amkar” azarkeşləri cari mövsümdə Rusiya Premyer Liqasında ən çox tamaşaçı izləyiciləri arasında 3-cü yerə çıxıb.
“Amkar”ın daha çox azarkeşləri isə “Spartak” (16500) və MOİK (12500) qarşılaşmalarında olub.
Qeyd edək ki, 1:1 hesablı heç-heçə ilə başa çatan matçda Abışov Rusiya Premyer Liqasında həm debüt edib, həm də 90 dəqiqə əvəzlənmədən meydanda mübarizə aparıb.

0
0