Mişel Platini yeni qol texnologiyasına qarşıdır
19.04.2013 - 23:06
Mişel Platini yeni qol texnologiyasına qarşıdır
UEFA prezidenti Mişel Platini yeni qol texnologiyasına qarşı çıxır. Apasport.az saytının məlumatına görə, ali futbol qurumunun rəhbəri bunun çox bahalı olduğunu vurğulayıb.

Platini bildirib ki, şəxsən mənim bu ideya xoşuna gəlmir: “FİFA-ya gəlincə, bu sistemin tətbiqini hələ ki yalnız prezident təkid edir. İcraiyyə Komitəsindən isə hələ ki heç kim, heç nə soruşmayıb. Burada heç bir problem yoxdur. İstənilən beynəlxalq assosiasiya özü üçün qərar verməkdə haqlıdır. Kimsə qolların avtomatik təyininin sistemini daxil etmək, kimsə əlavə hakimlərin ayırmasını istər. Şəxsən mənim bu ideya xoşuna gəlmir. Çünki biz indi texnikanın köməyi ilə qapıların qol xəttini müəyyən etməyə başlayacağıqsa, ondan sonra bu proses artıq dayandırılmayacaq. Oyundankənar vəziyyətləri, topun meydandan çıxışını, cərimə meydançasında və ya xaricində qayda pozuntularını müəyyən etmək lazım olacaq. Bir sözlə, mən bu yeni qol texnologiyasına qarşıyam. Prinsip etibarilə, bunu etmək mümkün olardı. Amma UEFA üçün beş il ərzində 53 milyon avro xərc tələb olunur. Bu, çox bahalıdır. Axı bu, yarış deyil ki, bütün matçlar eyni stadionda keçirilsin”.