“Ştutqart” evində, “Qroyter Fürt” səfərdə güldü
21.04.2013 - 23:40
“Ştutqart” evində, “Qroyter Fürt” səfərdə güldü
Almaniya Bundesliqasında XXX turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, son matç günündə iki qarşılaşma baş tutub.

“Ştutqart” doğma publika önündə “Frayburq”u qəbul edib. Görüşdə meydan sahibləri 2:1 hesablı qələbəyə sevinib.

“Nurnberq” isə evində autsayder “Qroyter Fürt”lə üz-üzə gəlib. Oyunda azarkeşlər bir qola şahidlik edib. Qonaqlar vurduqları tək qolla 3 xal qazanıb.


Almaniya Bundesliqası
XXX tur
19 aprel
“Borussiya” (Münhenqladbax) – “Ausburq” - 1:0
Dims, 27-pen

20 aprel
“Bayer” – “Hoffenhaym” – 5:0
Kisslinq, 16; 65, Şürle, 32; 69, Reynarts, 79

“Borussiya” (Dortmund) – “Mayns” – 2:0
Roys, 1, Levandovski, 87

“Ayntraxt” – “Şalke” – 1:0
Russ, 41

“Hamburq” – “Fortuna” – 2:1
Van der Vaart, 14; 20 - Şahin, 34

“Hannover” – “Bavariya” – 1:6
Hoffmann, 84 - Ştindl, 16-öz qapısına, Riberi, 23, Qomes, 40; 62, Pisarro, 71; 86

“Verder” – “Volfsburq” – 0:3
Arnold, 13, Oliç, 27, Dieqo, 66-pen

21 aprel
“Ştutqart” – “Frayburq” – 2:1
Gentner, 33, İbişeviç, 42 - Santini, 88

“Nurnberq” - “Qroyter Fürt” – 0:1
Qeys, 27